logo
AMEA-nın Nizamnaməsinin təsdiq edilməsindən irəli gələn vəzifələr müzakirə olunub

AMEA-nın Nizamnaməsinin təsdiq edilməsindən irəli gələn vəzifələr müzakirə olunub

AMEA-nın Nizamnaməsinin təsdiq edilməsindən irəli gələn vəzifələr müzakirə olunub AMEA-nın Nizamnaməsinin təsdiq edilməsindən irəli gələn vəzifələr müzakirə olunub

AMEA Rəyasət Heyətinin növbəti iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 noyabr 2023-cü il tarixli Fərmanı ilə “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”nin təsdiq edilməsindən irəli gələn vəzifələr haqqında müzakirələr aparılıb.

Məsələ ilə bağlı çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, ölkə başçısının 28 iyul 2022-ci il tarixli “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanı Azərbaycan elmi, o cümlədən AMEA qarşısında bir sıra vəzifələri qoyub və Akademiyanın yeni Nizamnaməsinin hazırlanmasını zəruri edib.

AMEA rəhbəri qeyd edib ki, geniş müzakirələr nəticəsində hazırlanmış yeni Nizamnamənin 3 noyabr 2023-cü il tarixində təsdiq edilməsi səksən ilə yaxın şərəfli bir inkişaf yolu keçmiş və mövcud olduğu bütün dövrlərdə ölkənin sosial-iqtisadi və mədəni-mənəvi inkişafına mühüm töhfələr vermiş Azərbaycan Milli Elmlər Akademiyasının müasir dövrdə, ölkəmizin dünyada və regionda geosiyasi və iq­ti­sa­di ar­xi­tek­to­ni­ka­­nın müəy­yən­ləş­mə­sin­də əsas fak­to­ra çev­ril­diyi bir vaxtda yeni tərəqqi mərhələsinə qədəm qoyması baxımından mühüm əhəmiyyətə malikdir.

Akademik İsa Həbibbəyli vurğulayıb ki, Nizamnamədə Azərbaycan Milli Elmlər Akademiyasının  hüquqi statusu “Azərbaycan Respublikasında elmin inkişafının təmin edilməsində və elm sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak edən dövlət ali elmi təşkilatı” olaraq müəyyən edilib. Diqqətə çatdırıb ki, intellektual inkişaf modelinin dövlət siyasətində xüsusi olaraq prioritetləşdiyi, “rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı”nın 2030-cu ilədək ölkənin əsas beş prioritetindən biri olaraq müəyyənləşdirildiyi hazırkı şəraitdə Akademiyaya “dövlət ali elmi təşkilatı” kimi yüksək hüquqi statusun verilməsi onun dövlətin elm siyasətinin həyata keçirilməsində funksional baxımdan xüsusi və əlahiddə rolunu müəyyən edir.

AMEA prezidenti bildirib ki, Nizamnamədə təbiət, cəmiyyət və insan haqqında yeni biliklər əldə etməklə, Azərbaycan Respublikasının iqtisadi, sosial, mədəni və innovativ inkişafına xidmət göstərmək Akademiyanın fəaliyyətinin əsas məqsədi olaraq müəyyən edilmişdir: “Bu da Akademiyanın müs­tə­qil Azər­bay­can Res­pub­li­ka­sın­da tə­bi­ət, texnika, hu­ma­ni­tar və ictimai elm­lər sahəsində fun­da­men­tal təd­qi­qat­la­r üzrə ye­ni bi­lik­lə­rin əl­də edil­mə­si, top­lan­ma­sı, sax­lan­ma­sı, ötü­rül­mə­si, tətbiqi­ və hə­min ba­za üzə­rin­də ge­ne­ra­si­ya­sının baş­lı­ca sfe­ra­sı ki­mi  dövlətin iqtisadi, sosial, mədəni və in­no­va­si­ya sis­te­mi struk­tu­run­da mühüm rolunu ifadə edir. Həmçinin Nizamnamədəki Azərbaycan dilinin saflığının qorunması, azərbaycançılıq və milli dövlətçilik ideologiyasının elmi əsaslarının işlənib hazırlanması, Azərbaycan ədəbi-ictimai fikrinin, mədəniyyətinin, tarixi-mədəni irsinin, adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin qorunmasına və inkişaf etdirilməsi kimi vəzifələr Akademiyanın yeni mərhələdəki fəaliyyətində ic­ti­mai-hu­ma­ni­tar elm sa­hə­lə­ri­nin xüsusi rolunu, döv­lə­tin mədə­ni-mə­nə­vi, so­si­al-humanitar və ideoloji in­ki­şa­fın­da, mil­li ma­raq­la­rı­nın qorunmasında mühüm əhəmiyyətini ifadə edir”.

Nizamnamənin AMEA Rəyasət Heyəti, AMEA-nın üzvləri, bütövlükdə respublikanın elmi ictimaiyyəti qarşısında yeni, olduqca mühüm vəzifələr müəyyənləşdirdiyini deyən akademik İsa Həbibbəyli bildirib ki,  AMEA-nın üzvləri və əməkdaşları, onun respublika elmi potensialının əsas hissəsini təşkil edən ziyalılar qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi və Akademiyanın modernləşməsi üçün bütün səylərini, intellektual, inzibati-təşkilati, mənəvi-ideoloji resurslarını birləşdirməli, vəzifələrin icrası istiqamətində kompleks tədbirlər həyata keçirməlidirlər.

Çıxışlardan sonra Rəyasət Heyətinin qərarı ilə “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”nin təsdiq edilməsindən irəli gələn vəzifələrin icrası üçün Komissiya yaradılıb və bir sıra tapşırıqlar verilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media