https://innews.media/uploads/news/2023-11/_innews_3d3bbf27866eedfc2a20a9fa5_o.jpg
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin Birləşmiş Ərəb Əmirliklərinə səfəri davam edir.
Səfər çərçivəsində Müdafiə Nazirliyinin rəhbər heyəti Pakistan İslam Respublikasının Aviasiya Kompleksinin sədri, aviasiya vitse-marşalı Nadim Axtar Xan ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Pakistan arasında hərbi, hərbi-texniki və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.