logo
Müdafiə naziri italiyalı həmkarı ilə görüşüb

Müdafiə naziri italiyalı həmkarı ilə görüşüb

Müdafiə naziri italiyalı həmkarı ilə görüşüb Müdafiə naziri italiyalı həmkarı ilə görüşüb

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən "Dubai Airshow 2023" beynəlxalq sərgisində iştirak etmək məqsədilə bu ölkədə səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliya Respublikasının müdafiə naziri cənab Quido Krosetto ilə görüşüb.

Görüşdə Azərbaycan və İtaliya arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin