https://innews.media/uploads/news/2023-11/_innews_a06139ea52b4b07d8d5f298ac_o.jpg
1970-ci illərin Şuşa şəhərinin nadir görüntüləri Azərbaycan Televiziyasında nümayiş olunub.
AzTV-nin “Qızıl Fond”unda qorunan Azərbaycan televiziya tarixinin nadir kadrlarında Şuşanın tarixi-mədəni irsi, təbiət abidələri və sosial-mədəni hadisələri əks olunub.
Qeyd edək ki, Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib.
Ən son xəbərləri səhifəmizdən də izləyin