logo
Mediasiya Şurası üçün Maliyyə Savadlılığı təlimləri başa çatıb

Mediasiya Şurası üçün Maliyyə Savadlılığı təlimləri başa çatıb

Mediasiya Şurası üçün Maliyyə Savadlılığı təlimləri başa çatıb Mediasiya Şurası üçün Maliyyə Savadlılığı təlimləri başa çatıb

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən keçirilən Mediasiya Şurası üçün Maliyyə Savadlılığı təlimləri başa çatıb.

innews.media xəbər verir, Azərbaycan Respublikasının Mərkəzi Bankı maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsi, eyni zamanda istehlakçıların maliyyə savadlılığının artırılması istiqamətində işlər görür və davamlı olaraq tədbirlər təşkil edir. 08 sentyabr-20 oktyabr tarixlərində Mediasiya Şurasının 50 nəfərə yaxın mediatoruna “Maliyyə Savadlılığı”nın komponentləri əsasında hazırlanmış proqram üzrə seminarlar təşkil edib. Proqrama “Milli pul nişanları və onların saxtalaşdırılmasına qarşı mübarizə”, “Rəqəmsal ödənişlərdən istifadənin üstünlükləri”, “İstehlak kreditinin xüsusiyyətləri”, “Vətəndaşlar üçün sığorta”, “Əmanətlərin sığortalanması”, “Kapital bazarları/qiymətli kağızlar”, “Kredit tarixçəsi” mövzuları daxil edilib.

Təlimlər zamanı regionlarda fəaliyyət göstərən mediatorların da onlayn platformada mövzuları dinləmək imkanı təmin olunub, auditoriyanı maraqlandıran sualları cavablandırılıb. Mediasiya Şurası ilə əməkdaşlıq çərçivəsində elektron resursların təşviqi xüsusilə Vurtual Təhsil Platformasındakı kurslara Şura üzvlərinin təmsil etdiyi təşkilatlardan auditoriya cəlb olunması nəzərdə tutulub.

Qeyd edək ki, Mediasiya Şurası üçün “Maliyyə Savadlılığı” mövzuları üzrə proqram əsasında təlimlərin təşkili gələcəkdə də davam etdiriləcəkdir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media