https://innews.media/uploads/news/2023-11/_innews_00ae77b40eca06220f5aad723_o.jpg
“BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil olunub.
Proqramda könüllülərin ifasında “Azərbaycan”, “Laçınım”, “Qarabağ”, “Cənab leytenant”, “Xatirə” kimi musiqi nömrələri səsləndirilib. Zəfər əhval-ruhiyyəli konsert proqramı gənclərin böyük marağına səbəb olub.
Qeyd edək ki, “BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubu xüsusi istedadı ilə fərqlənən tələbə-gənclərin üzə çıxarılması və tanıdılması məqsədilə fəaliyyət göstərir.
Ən son xəbərləri səhifəmizdən də izləyin