logo
Məktəblilərin Zəfər sevinci

Məktəblilərin Zəfər sevinci

Məktəblilərin Zəfər sevinci Məktəblilərin Zəfər sevinci

Azərbaycanın II Qarabağ Müharibəsində qazandığı Zəfərlə bağlı Bakı Şəhəri Nizami rayonunda yerləşən Etibar Cəlilov adına 272 nömrəli tam orta məktəbdə tədbir keçirilib.

Ali Baş Komandan İlham Əliyevin və Müsəlləh Ordumuzun Azərbaycan xalqına yaşatdığı möhtəşəm bir gün – “Zəfər günü” ilə bağlı noyabrın 4-də Bakının Nizami rayonu Etibar Cəlilov adına 272 nömrəli tam orta məktəbin 4a sinif şagirdləri tədbir keçirdiblər.

Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi yolunda canlarından keçən şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edilib.

Zəfər Gününü hərbi geyimdə şeirlər, mahnılar oxumaqla qeyd edən şagirdlər məktəb kollektivi qarşısında çıxış ediblər. Şagirdlərin qəlbindəki Vətən sevgisi, qəhrəmanlıq ruhu tədbir iştirakçılarını heyran edib.

Sonda məktəbin direktoru Səfurə Rəhimova şagirdlərin milli ruhda böyüməsinə xüsusi önəm verilməsindən, tez-tez bu mövzuda tədbirlərin keçirilməsindən və başda sinif rəhbəri Aysel Rüstəmova olmaqla 4a sinif şagirdlərinin Zəfər gününə necə məsuliyyət və həvəslə hazırlaşdıqlarından danışıb.

Tədbirin yekunu olaraq xatirə şəkilləri çəkilib. Böyük qürurla “QARABAĞ AZƏRBAYCANDIR” deyilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media