https://innews.media/uploads/news/2023-10/_innews_2654aea11609caad64436b760_o.jpg
SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır. SOCAR “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Tovuz rayonunda görüşü təşkil olunacaq. Aksiya Dönük Qırıqlı kəndində (İcra nümayəndəliyinin qarşısında) baş tutacaq. “Səyyar qəbul otağı” oktyabrın 18-də saat 14:00-dan 15:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.
Ən son xəbərləri səhifəmizdən də izləyin