logo
Şahin Seyidzadə: Tarixi şəhər mühitinin qorunması Baş Plana uyğun aparılır

Şahin Seyidzadə: Tarixi şəhər mühitinin qorunması Baş Plana uyğun aparılır

Şahin Seyidzadə: Tarixi şəhər mühitinin qorunması Baş Plana uyğun aparılır Şahin Seyidzadə: Tarixi şəhər mühitinin qorunması Baş Plana uyğun aparılır

Azərbaycanda abidələrin, mədəni irsin qorunması istiqamətində yeni metodlar tətbiq edilməlidir. Bu istiqamətdə bütün qurumlarla əməkdaşlığa hazırıq. İçərişəhərdəki abidələr orijinallığı saxlanılaraq qorunur. Tarixi şəhər mühitinin qorunması 2007-ci ildən bu günə qədər qəbul edilən Baş Plana uyğun aparılır.

innews.media AZƏRTAC-a istinadən bildirir ki, bunu "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə Bakıda keçirilən "Yaşanabilən və Dayanıqlı İrs Şəhərləri" mövzusunda beynəlxalq konfransda söyləyib.

“Əsas hədəflərdən biri restavrasiya zamanı tərəfdaşlarla birgə gənc bərpaçıları bu işə cəlb etmək, biliklərini artırmaqdır. Həmçinin incəsənət sahəsini önə çəkərək gənclərin əl işlərini, bacarıqlarını inkişaf etdirmək də hədəflərimizdəndir. Bu istiqamətdə qardaş türk dövlətlərini əməkdaşlığa dəvət edirik", - deyə Ş.Seyidzadə diqqətə çatdırıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media