logo
Azərbaycan cüdoçuları Qoridə təlim-məşq toplanışında

Azərbaycan cüdoçuları Qoridə təlim-məşq toplanışında

Azərbaycan cüdoçuları Qoridə təlim-məşq toplanışında Azərbaycan cüdoçuları Qoridə təlim-məşq toplanışında

Oktyabrın 3-dən etibarən müxtəlif regionlardan olan 15 yaşa qədər region cüdoçuları Gürcüstanın Qori şəhərində keçirilən təlim-məşq toplanışında iştirak edir.

Gürcüstanın region cüdoçuları ilə birlikdə keçirilən hazırlıq prosesinə Azərbaycan 31 cüdoçu ilə qatılıb.

Təlim-məşq toplanışı 13 oktyabra qədər davam edəcək.

Təlim-məşq zamanı cüdoçulara Azərbaycan Cüdo Federasiyasının (ACF) regionlarla iş üzrə məsul şəxsləri Musa İsmayılov və Ruslan Yunusov rəhbərlik edir.

Təlim-məşq toplanışı müvafiq yaş qrupu üzrə region cüdoçularının rəqabət qabiliyyətlərinin artırılması və gələn il baş tutacaq Azərbaycan birinciliyinə hazırlıq məqsədini daşıyır.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media