logo
Futzalçılar bu gün səfərdə Qazaxıstanla qarşılaşacaq

Futzalçılar bu gün səfərdə Qazaxıstanla qarşılaşacaq

Futzalçılar bu gün səfərdə Qazaxıstanla qarşılaşacaq Futzalçılar bu gün səfərdə Qazaxıstanla qarşılaşacaq

Futzal üzrə Azərbaycan millisi bu gün DÇ-2024-ün elit mərhələsində növbəti oyununu keçirəcək.

A qrupunda yer alan yığmamız 4-cü turda Qazaxıstanla qarşılaşacaq.

Beş gün əvvəl Bakıda rəqibinə məğlub olan (2:4) Vitali Borisovun yetirmələri bu dəfə səfər matçına çıxacaqlar. Astanadakı Jekpe-Jek Sarayında baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Görüşü sloveniyalı hakimlər Trayan Ençev, Kaloyan Kirilov və İvo Tsenov idarə edəcəklər.

Hazırda Qazaxıstan 9 xalla qrupda liderlik edirsə, yığmamız 3 xalla üçüncü pillədə qərarlaşıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media