logo
Azərbaycan və Bolqarıstan alimləri ədəbiyyat və folklor sahəsində birgə layihə icra edəcək

Azərbaycan və Bolqarıstan alimləri ədəbiyyat və folklor sahəsində birgə layihə icra edəcək

Azərbaycan və Bolqarıstan alimləri ədəbiyyat və folklor sahəsində birgə layihə icra edəcək Azərbaycan və Bolqarıstan alimləri ədəbiyyat və folklor sahəsində birgə layihə icra edəcək

AMEA Rəyasət Heyətinin iclasında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Folklor İnstitutu ilə Bolqarıstan EA Ədəbi Tədqiqatlar İnstitutunun “Ədəbiyyatda satira və yumor: folklordan yazılı ədəbiyyatadək (Azərbaycan və bolqar ədəbiyyatının materialları əsasında)” mövzusunda birgə elmi layihəsinin və Azərbaycan tərəfindən icraçılarının təsdiq olunması haqqında məsələ müzakirə edilib.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, 2-5 iyul 2023-cü il tarixlərində Bolqarıstana səfəri zamanı Azərbaycan Milli Elmlər Akademiyası ilə bu ölkənin Elmlər Akademiyası arasında Əməkdaşlıq haqqında Saziş imzalanıb.

Sazişin icrası ilə bağlı AMEA Rəyasət Heyəti tərəfindən 12 iyul 2023-cü il tarixində qərarın qəbul edildiyini, satira və yumor üzrə birgə tədqiqat layihəsinin icrasından irəli gələn məsələlərin həll edilməsi ilə bağlı tapşırıqların verildiyini söyləyib.

Akademik İsa Həbibbəyli qeyd olunanlara uyğun olaraq AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Folklor İnstitutu ilə Bolqarıstan EA-nın Ədəbi Tədqiqatlar İnstitutunun “Ədəbiyyatda satira və yumor: folklordan yazılı ədəbiyyatadək (Azərbaycan və Bolqar ədəbiyyatının materialları əsasında)” mövzusunda birgə elmi layihəsinin planı hazırlanaraq AMEA-nın Rəyasət Heyətinə təqdim edildiyini diqqətə çatdırıb.

İclasda birgə elmi layihənin planı və Azərbaycan tərəfindən icraçıları təsdiq olunub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media