logo
Sahibə Qafarova: "Azərbaycan vətəndaşı olacaq şəxslərin bütün hüquqları və təhlükəsizliyi təmin olunacaq"

Sahibə Qafarova: "Azərbaycan vətəndaşı olacaq şəxslərin bütün hüquqları və təhlükəsizliyi təmin olunacaq"

Sahibə Qafarova: "Azərbaycan vətəndaşı olacaq şəxslərin bütün hüquqları və təhlükəsizliyi təmin olunacaq" Sahibə Qafarova: "Azərbaycan vətəndaşı olacaq şəxslərin bütün hüquqları və təhlükəsizliyi təmin olunacaq"

Bu fikri Milli Məclisin sədri Sahibə Qafarova Rumıniyaya rəsmi səfəri çərçivəsində oktyabrın 10-da bu ölkə Parlamentinin Deputatlar Palatasının sədri Alfred-Robert Simonis ilə görüşündə səsləndirib.

Terrorla mübarizə tədbirlərinin 24 saatdan az müddətdə öz məqsədlərinə çatdığını, separatçı rejimin qanunsuz strukturlarının dağıdıldığını və Azərbaycanın öz suverenliyini bərpa etdiyini bildirən Sahibə Qafarova qeyd edib ki, artıq Qarabağ bölgəsinin etnik ermənilərinin reinteqrasiya prosesinin həyata keçirilməsinə başlanılıb. Qısa müddət ərzində Azərbaycan hökumətinin xüsusi nümayəndəsinin Qarabağın erməni sakinlərinin nümayəndələri ilə üç görüşü keçirilib. Onun sözlərinə görə, Azərbaycan vətəndaşı olacaq şəxslərin bütün hüquqları və təhlükəsizliyi təmin olunacaq.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin