https://innews.media/uploads/news/2023-10/_innews_2a1ebacf6e111d3a9473664a9_o.jpg
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev 19 oktyabr 2023-cü il tarixində Ağcabədi, Ağdam, Laçın rayon sakinlərinin qəbulunu keçirəcək.
Komitənin səlahiyyətləri çərçivəsində vətəndaşları narahat edən məsələlərin həlli məqsədilə qəbul saat 10:00-dan başlayaraq Ağcabədi
şəhəri Heydər Əliyev prospekti, 217 (Heydər Əliyev Mərkəzi) ünvanında baş tutacaq.
Vətəndaşlar yazılı formada Komitənin sosial şəbəkələrdəki rəsmi səhifələri, office@arxkom.gov.az elektron poçt ünvanı, həmçinin www.arxkom.gov.az rəsmi internet səhifəsində müraciət formasını dolduraraq qəbula yazıla bilərlər. Bununla yanaşı, qəbul üçün (+994 12) 493 34 67; (+994 12) 595 13 50 nömrəli telefonlar (daxili nömrələr: 163, 598) vasitəsilə də şifahi formada müraciət etmək mümkündür.
Ən son xəbərləri səhifəmizdən də izləyin