logo
Türkiyəli akademik nümyəndələr ADPU-nun qonağı olub

Türkiyəli akademik nümyəndələr ADPU-nun qonağı olub

Türkiyəli akademik nümyəndələr ADPU-nun qonağı olub Türkiyəli akademik nümyəndələr ADPU-nun qonağı olub

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov, elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova və Beynəlxalq layihələr və qrantlar şöbəsinin mütəxəssisi Ülkər Abdullayeva, Türkiyənin MEF Universitetinin Təhsil fakültəsinin dekanı professor Mustafa Özcan, Ankara valisinin köçəkçisi Ayhan Özkan, Şimali Kipr Türk Respublikasının Ankaradakı Səfirliyinin təhsil və mədəniyyət attaşesi Ahmet Arslan və Türkiyə EYUDER Təhsil Dərnəyinin Azərbaycan təmsilçisi Gülnurə Babaşova iştirak ediblər.

Görüş əsnasında tərəflər təmsil etdikləri ali təhsil müəssisələri haqqında bir-birlərinə ətraflı məlumat verərək mümkün əməkdaşlıq imkanları müzakirə olunub. Qonaqlar ADPU-nun inzibati binası ilə tanış olublar.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media