logo
Avarçəkənlər "Dədə Qorqud" parkıda yenidən nümunəvi çıxışlar etdi - VİDEO

Avarçəkənlər "Dədə Qorqud" parkıda yenidən nümunəvi çıxışlar etdi - VİDEO

Avarçəkənlər "Dədə Qorqud" parkıda yenidən nümunəvi çıxışlar etdi - VİDEO Avarçəkənlər "Dədə Qorqud" parkıda yenidən nümunəvi çıxışlar etdi - VİDEO

İdman həvəskarlarının böyük marağını və çoxsaylı müraciətləri nəzərə alaraq, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası “İdman hamı üçün” layihəsi çərçivəsində avarçəkmə təlimini yenidən təşkil edib.

Təlim oktyabrın 7-si saat 16:00-dan 18:00-dək “Gənclik” metrosu yaxınlığında yerləşən Dədə Qorqud parkında keçirilib. Əraziyə giriş sərbəst olub.

Avarçəkənlərin nümunəvi çıxışları park ərazisində gəzintiyə çıxan sakinlər tərəfindən maraqla qarşılanıb. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası sakinlər üçün həvəskar avarçəkmə qayıqlarında özlərini sınamaq imkanı yaradıb.

Qeyd edək ki, təlimin keçirilməsində məqsəd əhali arasında avarçəkməyə olan marağın artırılması, insanlar arasında bu idman növünü daha da populyarlaşdırmaq, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media