https://innews.media/uploads/news/2023-10/_innews_2f9fb7b34991f86634c8b15f3_o.jpg
Azərbaycanın ev sahibliyi etdiyi 74-cü Beynəlxalq Astronavtika Konqresi dünya ictimaiyyətinin diqqətindədir.
ABŞ-nin sosial şəbəkə monitorinqi və təhlili üzrə aparıcı proqramı “Talkwaker”in hesablamasına əsasən, tədbir #IAC2023 həştəqi ilə sosial media platformalarında trendə çevrilib.
Konqres, həmçinin sosial şəbəkədə “top tədbirlər” siyahısına liderlik edir.
Xatırladaq ki, oktyabrın 2-də Azərbaycanda 74-cü Beynəlxalq Astronavtika Konqresi başlayıb. Bu nüfuzlu tədbirə Bakı ilk dəfə Ulu Öndər Heydər Əliyevin ölkəyə birinci rəhbərliyi dövründə – 1973-cü ildə ev sahibliyi edib. 50 ildən sonra konqres yenidən Azərbaycanda keçirilir.
136 ölkədən 5300-dən artıq nümayəndənin iştirak etdiyi beynəlxalq tədbir oktyabrın 6-dək davam edəcək.