https://innews.media/uploads/news/2023-10/_innews_2e763d0d28baa6f14cda4edfd_o.jpg
Bakıda “İdman hamı üçün” layihəsi çərçivəsində avarçəkmə təlimi keçiriləcək.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən innews.media verilən məlumata görə, təlim oktyabrın 7-də “Dədə Qorqud” parkı ərazisində təşkil olunacaq və saat 16:00-dan 18:00-dək davam edəcək.
Təlimin təşkilində məqsəd əhali arasında idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir.
Ən son xəbərləri səhifəmizdən də izləyin