logo
Ombudsman Aparatının nümayəndəsi beynəlxalq konfransda iştirak edib

Ombudsman Aparatının nümayəndəsi beynəlxalq konfransda iştirak edib

Ombudsman Aparatının nümayəndəsi beynəlxalq konfransda iştirak edib Ombudsman Aparatının nümayəndəsi beynəlxalq konfransda iştirak edib

Ombudsman Aparatının nümayəndəsi “Bərabərlik və inklüzivlik naminə əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının birgə təşkilatçılığı ilə “Bərabərlik və inklüzivlik naminə əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin müdiri Lamiyə Zeynalova çıxış edərək, qadın hüquqlarının müdafiəsinin və gender bərabərliyinin təmin edilməsinin Müvəkkilin fəaliyyətinin prioritet istiqamətlərindən biri olduğunu bildirib. Qeyd edilib ki, Ombudsman təsisatı BMT və digər beynəlxalq təşkilatlarla bu sahədə səmərəli əməkdaşlıq əlaqələrini davam etdirir.

L.Zeynalova Ombudsmanın təsisatı tərəfindən insan hüquqlarının müdafiəsi təmin olunması, ayrı-seçkiliyə qarşı mübarizə sahəsində fəaliyyəti barədə məlumat verib. yol verilməməsi məqsədilə geniş fəaliyyət həyata keçirildiyini bildirib. Bundan əlavə, qadınların İKT sahəsində rolunun artırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, geniş maarifləndirmə işlərinin aparılmasının zəruriliyi vurğulanıb.

Tədbirdə rəy və təkliflər səslənib, mövzu üzrə geniş fikir mübadiləsi aparılıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin