logo
"YAŞAT" Fondu şəhidin əkiz övladlarının xərclərini qarşılayıb

"YAŞAT" Fondu şəhidin əkiz övladlarının xərclərini qarşılayıb

"YAŞAT" Fondu şəhidin əkiz övladlarının xərclərini qarşılayıb "YAŞAT" Fondu şəhidin əkiz övladlarının xərclərini qarşılayıb

19-20 sentyabr 2023-cü il tarixində Qarabağda aparılan antiterror əməliyyatları zamanı şəhid olan qəhrəmanımız  Səbuhi Əliyevin Bakı şəhərində doğulan əkiz övladları Nərgiz və Nazlının zəruri xərcləri "YAŞAT" Fondu tərəfindən qarşılanıb.

Bu məqsədlə 2000 AZN vəsait ananın hesabına köçürülüb. Dünyaya yeni göz açan körpələrin adına isə depozit hesabları açılacaq və ümumilikdə 10 000 AZN vəsait onların hesabına yerləşdiriləcək. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür.

Şəhidin övladları bu vəsaiti üzərinə mütəmadi toplanan faizləri ilə birlikdə 18 yaşına çatdıqdan sonra hesablarından çıxara biləcəklər.

"Onlar bizə əmanət" layihəsi indiyədək 109 şəhid övladını əhatə edib.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir. Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media