logo
AzMİU-nun komandası debat turnirinin qalibi olub

AzMİU-nun komandası debat turnirinin qalibi olub

AzMİU-nun komandası debat turnirinin qalibi olub AzMİU-nun komandası debat turnirinin qalibi olub

UNEC Debat Klubu və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Gənc nəslin sahibkarlıq fəaliyyətinin inkişafında dövlət dəstəyi əsas faktordur” mövzusunda “Dream Cup” turnirində Azərbaycan Memarlıq və İnşaat Universitetini (AzMİU) 3 komanda təmsil edib.

AzMİU-dan innews.media bildirilib ki, “Narahat olma”, “Pasient” və “Euphoria” komandalarının hər biri qrup mərhələsini uğurla başa vurub. “Pasient” komandası isə bütün rəqiblərini məğlub edərək “Dream Cup” turnirinin çempionu olub.

Universitetin prorektoru Orxan Naqdiyev və Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahmar Rəfili finalda iştirak edərək qalibləri mükafatlandırıblar.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media