logo
Jurnalistlərə lokal xarakterli antiterror tədbirləri zamanı informasiya sferasında atılmış addımlara dair məlumat verilib

Jurnalistlərə lokal xarakterli antiterror tədbirləri zamanı informasiya sferasında atılmış addımlara dair məlumat verilib

Jurnalistlərə lokal xarakterli antiterror tədbirləri zamanı informasiya sferasında atılmış addımlara dair məlumat verilib Jurnalistlərə lokal xarakterli antiterror tədbirləri zamanı informasiya sferasında atılmış addımlara dair məlumat verilib

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) tərəfindən həyata keçirilən “Kiberməkanda saxta xəbərlərlə mübarizənin aparılması” layihəsi çərçivəsində təlimlər davam edir.

innews.media xəbər verir ki, layihənin üçüncü təlim paketi Bakı Gənclər Mərkəzində iştirakçılara təqdim edilib. Layihə rəhbəri Təbriz Cəfərovun layihə haqqında çıxışından sonra AKTA sədri Elvin Balacanov layihənin gedişatından bəhs edib, mövzunun aktuallığına toxunub, xüsusilə də həftənin əvvəlində həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri zamanı informasiya sferasında atılmış addımlara dair məlumat verib.

Daha sonra “Dövlətlərin daxili işlərinə qarışmama kontekstində informasiya (və ya dezinformasiya) hücumları və onlarla mübarizə” mövzusunda Təbriz Cəfərov, “Passiv rəqəmsal iz (“footprinting”): Axtarış motorları, Whois, Archive.org və müxtəlif mənbələr” mövzusu ilə İKT ekspertləri Rəşad Əliyev və Rauf Cabarov təqdimatla çıxış ediblər.

Ümumilikdə müxtəlif media qurumlarını təmsil edən 30-dan artıq jurnalistin qatıldığı təlimlər davam edir.

Qeyd edək ki, “Kiberməkanda saxta xəbərlərlə mübarizənin aparılması” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra edilir.

footer
Top