logo
"Sosial sığorta ödəmələrinin hesablanması üzrə kalkulyator" e-xidməti istifadəyə verilib

"Sosial sığorta ödəmələrinin hesablanması üzrə kalkulyator" e-xidməti istifadəyə verilib

"Sosial sığorta ödəmələrinin hesablanması üzrə kalkulyator" e-xidməti istifadəyə verilib "Sosial sığorta ödəmələrinin hesablanması üzrə kalkulyator" e-xidməti istifadəyə verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elektronlaşdırma proqramı çərçivəsində yeni “Sosial sığorta ödəmələrinin hesablanması üzrə kalkulyator” elektron xidməti istifadəyə verilib.

Geniş funksional imkanlara malik olan e-xidmət emas.sosial.gov.az internet portalında ayrıca bölmə kimi yaradılıb və hər bir sığortaolunana:

- əmək qabiliyyətinin müvəqqəti itirilməsi,

- hamiləlik və doğum,

- uşağa qulluq

ilə bağlı sosial sığorta hadisələri baş verdiyi zaman ona ödəniləcək sosial sığorta ödəməsinin məbləğini hesablamaq imkanı verir.

Xidmətdən yararlanmaq üçün sığortaolunanlar:

1. emas.sosial.gov.az portalında şəxsi kabinetə daxil olaraq “Sosial sığorta ödəmələrinin hesablanması üzrə kalkulyator” bölməsinə keçid etməli;

2. Açılan pəncərədə sosial sığorta ödəməsinin növünü seçməli;

3. Seçilmiş sosial sığorta ödəməsinin növünə uyğun olaraq tələb olunan məlumatları müvafiq xanalara daxil etməlidir;

4. “Hesabla” düyməsi sıxıldıqda ona ödəniləcək sosial sığorta ödəməsinin məbləği ekranda əks olunacaqdır.

Yeni e-xidmət elektron xidmətlərin tətbiq dairəsinin genişləndirilməsinə, xidmətlərin keyfiyyət və əlçatanlığının, sığortaolunanların sosial sığorta ödəmələri ilə bağlı məlumatlılığının artırılmasına  xidmət edir. 

2021-ci ilin əvvəlindən Nazirlik tərəfindən “Pensiya kalkulyatoru” elektron xidməti də istifadəyə verilib və  ötən dövrdə bu e-xidmətdən 2 milyon dəfədən çox istifadə edilib.

Sosial sahədə son beş ildə geniş elektronlaşma proqramı icra olunub və bu gün Nazirliyin 153 xidmətindən 140-dan çoxu (90 faizdən çoxu) artıq e-qaydada təqdim edilir. Həmçinin 50-dən çox proaktiv xidmət, 31 e-arayış xidməti yaradılıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media