Bakı Dövlət Universitetində (BDU) təhsil alan tələbələrdən 43-ü Vətən müharibəsi iştirakçısıdır.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, Azərbaycanın ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərin təhsil müddəti ərzində təhsil haqqı 2023/2024-cü tədris ilindən etibarən Nazirlər Kabinetinin təsdiq etdiyi təhsil xərcləri miqdarında dövlət büdcəsi vəsaiti hesabına ödəniləcək.
Ən son xəbərləri səhifəmizdən də izləyin