https://innews.media/uploads/news/2023-09/_innews_da60f1e5798f43ab22221bac7_o.jpg
“QS Avropa Universitetləri Reytinqləri 2024” açıqlandı. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Avropada 349-cu, Qərbi Asiyada 14-cü, Azərbaycanda isə 1-ci yerə yüksəldi.
“QS Avropa Universitetlərinin Reytinqi” 5-i əsas, 7-si alt olmaqla, ümumilikdə 12 indikator əsasında müəyyən edilir.
UNEC “Akademik reputasiya” indikatoru üzrə Avropada 198-cidir. Bu göstərici 144.000 akademik heyətin rəyi əsasında müəyyən edilib. “İşəgötürənlər reputasiyası” indikatoru üzrə isə UNEC Avropada 195-cidir. Bu nəticə 98.000-dən çox işəgötürənlər arasında keçirilən sorğu nəticəsində əldə edilib.
Ən son xəbərləri səhifəmizdən də izləyin