logo
Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşüb

Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşüb

Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşüb Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu York şəhərinə yola düşüb.

innews.media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, səfər zamanı Nazir Ceyhun Bayramovun Baş Assambleyanın plenar sessiyasında çıxışı, sessiya çərçivəsində keçiriləcək tədbirlərdə iştirakı, habelə xarici dövlətlərin rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

footer
Top