logo
Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıb

Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıb

Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıb Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıb

Prezident İlham Əliyevin Azərbaycanda vəkillərin sayının artırılması ilə bağlı tövsiyələri çərçivəsində Vəkillər Kollegiyası üzvlüyünə qəbul üzrə tədbirlərin həyata keçirilməsi davam edir. Bu məqsədlə hazırda tam şəffaf, obyektiv şəkildə ixtisas imtahanları keçirilir.

Kollegiyanın mətbuat xidmətindən  verilən məlumata görə, bu il sentyabrın 18-də yazılı və şifahi imtahanlardan uğurla keçən 56 vəkilliyə namizədlə Ədliyyə Akademiyasında icbari təlimə başlanılıb.

İcbari təlimin ilk günündə keçirilən tədbirdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov çıxış edərək onlara uğurlar arzulayıb. O, təlim zamanı vəkillərin lazımi bilik və peşə hazırlığına yiyələnməsi, habelə beynəlxalq təcrübənin öyrənilməsinə xüsusi diqqət yetiriləcəyini qeyd edərək bildirib ki, insan haqlarının qorunması, vəkil etikası və digər aktual məsələlərə dair mövzular nüfuzlu ekspertlərin iştirakı ilə tədris olunacaq.

Sədr vəkillərin ilkin icbari və davamlı tədrisinin əhəmiyyətindən bəhs edərək son vaxtlar Azərbaycan vəkilliyində aparılan islahatlar, vəkillərin sayının artırılması sahəsində görülən işlər, onların yenilənməsi, müasirləşməsi və təkmilləşməsi barədə məlumat verib. O, son illər tədris prosesində dəyişdikliklər edildiyini, bu sahədə Ədliyyə Akademiyası ilə birgə həyata keçirilən tədbirlər və islahatlardan, əvvəlki illərdən fərqli olaraq, daha təkmil və səmərəli proqramın mövcudluğundan bəhs edib. Qeyd olunub ki, məqsəd gözləntilərə cavab vermək, ölkə vətəndaşlarına keyfiyyətli hüquqi yardımın yüksək səviyyədə çatdırılmasına nail olmaqdır.

Tədbirdə Anar Bağırov Vəkillər Kollegiyası fəaliyyətinin son beşillik dövrü əhatə edən hesabatdan, aparılan ardıcıl və sistemli islahatlardan danışıb, irəli sürülən təşəbbüslərin dövlət tərəfindən dəstəkləndiyini diqqətə çatdırıb. Vəkillik institutunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və gələcək planlar, Prezidentin 2018-ci il fevralın 22-də “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının əhəmiyyətindən, ölkədə fəaliyyət göstərən vəkillərin bilikli və peşəkar hüquqşünaslar hesabına artırılmasının vacibliyini qeyd edib. O, həmin Sərəncamın ilk dəfə olaraq vəkillik sahəsində aparılan islahatların istiqamətlərini müəyyən etdiyini, müasir Azərbaycan vəkilliyinin inkişaf faktorlarından biri olduğunu önə çəkib. Mülki Prosessual Məcəlləyə edilmiş dəyişiklikləri yüksək qiymətləndirən sədr gələcəkdə hüquqi maarifləndirmə işlərinin davamlı olmasını vurğulayıb.

Ədliyyə Akademiyasının Vəkillərin və mediatorların tədrisi fakültəsinin dekan müavini Günel Sadıqova çıxış edərək təlimlərin əsas məqsədinin vəkillərin praktiki və nəzəri biliklərə yiyələnməsi olduğunu deyib.

Tədbirdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırovun "Müasir məhkəmə-hüquq islahatları çərçivəsində vəkillik" mövzusunda mühazirəsi dinlənilib.

footer
Top