logo
"Azərbaycan Hava Yolları" QSC-də Milli Məclis deputatlarının iştirakı ilə tədbir keçirilib

"Azərbaycan Hava Yolları" QSC-də Milli Məclis deputatlarının iştirakı ilə tədbir keçirilib

"Azərbaycan Hava Yolları" QSC-də Milli Məclis deputatlarının iştirakı ilə tədbir keçirilib "Azərbaycan Hava Yolları" QSC-də Milli Məclis deputatlarının iştirakı ilə tədbir keçirilib

Sentyabrın 14-də “Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və Milli Məclis üzvləri arasında görüş keçirilib.

 Tədbirdə çıxış edən Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov ölkə iqtisadiyyatının əsas sahələrindən biri kimi aviasiya sənayesinin inkişafının vacibliyini qeyd edərək bu prosesdə AZAL-ın rolunu vurğulayıb.

Çıxış edən Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli Milli Məclisin sədri Sahibə Qafarovanın salamlarını görüş iştirakçılarına çatdırıb. Bildirib ki, AZAL rəhbərliyi ilə ilk dəfədir ki, bu formatda görüş keçirilir. Birinci vitse-spiker bu cür görüşlərin bir sıra məsələlərin öz həllini tapmasına köməklik göstərəcəyinə inamını ifadə edib. O, sərnişinlərin rahat uçuş şəraitinin, yüksək səviyyədə xidmət və təhlükəsizliyin təmin edilməsinin zəruriliyini vurğulayıb. Bildirib ki, aviaşirkət sərnişinlərin tələbat və gözləntilərini qarşılamaq üçün xidmət keyfiyyətinin davamlı olaraq yaxşılaşdırılmasına və təkmilləşdirilməsinə çalışmalıdır.

 Görüşün əsas mövzularından biri AZAL-ın 2022-2030-cu illəri əhatə edən transformasiya planı olub. “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti vəzifəsini müvəqqəti icra edən Samir Rzayev aviasiya senayesinin üzləşdiyi çətinliklər, o cümlədən AZAL-ın bazarda mövqeyini möhkəmləndirmək və sərnişinlərin tələbatını ödəmək məqsədi ilə qarşıdakı illər üçün strategiyası və planlarından danışıb.

O, bildirib ki, 2030-cu ilə qədər köhnə təyyarələrin tədricən istismardan çıxarılmasını, yeni geniş və dar gövdəli 30 hava gəmisindən ibarət donanmamızın formalaşdırılmasını planlaşdırırıq. Donanmamızın genişləndirilməsi bizə yeni marşrutları inkişaf etdirməyə imkan verəcək, həmçinin uçuş şəbəkəmizin planlaşdırılması və idarə edilməsində daha çox çeviklik təmin edəcək. Strategiyamızın digər mühüm istiqaməti 2 növ təyyarədən ibarət vahid aviaparkın yaradılmasıdır. Qeyd edilib ki, belə aviapark ilk növbədə,kadr hazırlığı və texniki xidmət xərclərini azaltmağa kömək edəcək, həmçinin əməliyyat səmərəliliyini və xidmət keyfiyyətini artırmağa imkan verəcəkdir.

Tərəflər həmçinin, marşrut şəbəkəsinin genişləndirilməsi, hava gəmiləri parkının modernləşdirilməsi və aviaşirkətin qiymət siyasəti ilə bağlı məsələləri müzakirə ediblər. Daha çox sərnişin cəlb edəcək və onları sərfəli sərnişindaşıma ilə təmin edəcək çevik və rəqabətədavamlı qiymət strategiyasının hazırlanmasının zəruriliyi vurğulanıb.

 Görüş iştirakçıları həmçinin, “Azərbaycan Hava Yolları” və “Buta Airways”in vahid AZAL brendinə birləşdirilməsi və sərnişinlərin əldə edəcəyi üstünlüklər və imkanlar barədə danışıblar. Bunun aviaşirkətin bazarda daha səmərəli fəaliyyət göstərməsinə, müştərilərə vahid və tanınan brend təklif etməyə imkan verəcəyi bildirilib.

Görüşdə iştirak edən Milli Məclisin komitə sədrləri, deputatlar çıxış edərək müzakirə olunan məsələlər barədə fikirlərini açıqlayıblar, onları maraqlandıran suallara cavab alıblar.

Sonra Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov görüşdə qaldırılan məsələlərə münasibət bildirib.

Tədbirdə deputatlarla görüşün aviasiya sənayesinə təsir edən qərarların qəbulunda mühüm rol oynayacağını vurğulayan “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti vəzifəsini müvəqqəti icra edən Samir Rzayev aviaşirkətin fəaliyyətinin davamlı inkişafı və təkmilləşdirilməsi, o cümlədən ümumi məqsədlərə nail olmaq üçün parlamentarilər və digər maraqlı tərəflərlə əməkdaşlığa hazır olduqlarını bildirib.

 Sonra Milli Məclisin üzvləri Azərbaycanın hava məkanında uçuşların təhlükəsizliyini təmin edən “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin fəaliyyəti ilə tanış olublar.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media