logo
"Heydər Əliyev-100 il" qaçış marafonu keçiriləcək

"Heydər Əliyev-100 il" qaçış marafonu keçiriləcək

"Heydər Əliyev-100 il" qaçış marafonu keçiriləcək "Heydər Əliyev-100 il" qaçış marafonu keçiriləcək

Oktyabrın 1-də Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində miqrasiya orqanları işçiləri, ölkəmizdə uzun müddət yaşayan və işləyən əcnəbilər, fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələri, miqrasiya idarəetməsində iştirak edən vətəndaş cəmiyyətinin üzvləri və könüllülərin iştirakı ilə “Heydər Əliyev-100 il” qaçış marafonu keçiriləcək.

Dövlət Miqrasiya Xidmətindən innews.media verilən məlumata görə, saat 10:00-da başlayacaq marafon “Dəniz Mall” ticarət mərkəzinin qarşısından Bayraq meydanınadək 5 kilometr dairəvi məsafəni əhatə edəcək.

Marafonun qaliblərinə müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim olunacaq.

Marafonun son qeydiyyat tarixi sentyabrın 25-dir. Qeydiyyatdan keçən şəxslərə əlavə məlumat veriləcək.

Qeydiyyatdan keçmək üçün linkə daxil ola bilərsiniz. 

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media