https://innews.media/uploads/news/2023-09/_innews_117fd1d052b33cc72d32a5a84_o.jpg
Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin III kurs tələbəsi Yavərbəy Abdullayev 8-10 sentyabr tarixlərində Özbəkistanın Daşkənd şəhərində keçirilən Gənclər arasında şotokan karate üzrə XIII Dünya Çempionatının qalibi olub.
Tələbəmiz 18-21 yaşlı gənclər arasında, 84+ çəkidə mübarizə aparıb və I yerə layiq görülüb.
Qeyd edək ki, Yavərbəy Abdullayev 10 ildir Karate üzrə Azərbaycan millisinin üzvüdür.