logo
"Növbəti Stansiya Gənclik şimal-qərb regionları" layihəsinin icrası başa çatıb

"Növbəti Stansiya Gənclik şimal-qərb regionları" layihəsinin icrası başa çatıb

"Növbəti Stansiya Gənclik şimal-qərb regionları" layihəsinin icrası başa çatıb "Növbəti Stansiya Gənclik şimal-qərb regionları" layihəsinin icrası başa çatıb

“Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “Heydər Əliyev ili” çərçivəsində həyata keçirilən “Növbəti Stansiya Gənclik şimal-qərb regionları”  layihəsinin icrası başa çatıb.

innews.media xəbər verir ki, layihənin əsas məqsədi gənclərin yumşaq bacarıqlarının gücləndirilməsi, cəmiyyətdə aktiv vətəndaşlığının təmin olunması, gənclərlə iş sahəsində təşəbbüslərin artmasına töhfə vermək olub.

“Zamanın idarə olunması”, “Komanda işi və liderlik”, “Bədən dili”, “Stressin idarə olunması”, “Müsahibə texnikaları”, “Təqdimat bacarıqları”, “Xarici dilin inkişaf etdirilməsi” və digər mövzular olmaqla ümumilikdə 10  istiqamətdə,  Şəki, Oğuz, Balakən, Qax, Zaqatala və Qəbələ regionlarında  təlim sessiyası keçirilib. Layihə müddətində həmçinin müxtəlif komanda oyunları və qrup işləri baş tutub. Diqqətə çatdırılıb ki, layihənin davamlılıq mərhələsində iştirakçılar öyrəndikləri bilik və təcrübələri öz yaşadıqları regionlarda təlim və görüş formatında digər gənclərlə bölüşəcəklər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media