logo
Göygöldə korrupsiya hüquqpozmaları ilə bağlı maarifləndirici görüş keçirilib

Göygöldə korrupsiya hüquqpozmaları ilə bağlı maarifləndirici görüş keçirilib

Göygöldə korrupsiya hüquqpozmaları ilə bağlı maarifləndirici görüş keçirilib Göygöldə korrupsiya hüquqpozmaları ilə bağlı maarifləndirici görüş keçirilib

Göygöl rayon Gəclər Evində Göygöl Rayon İcra Hakimiyyəti və Rayon Prokurorluğunun birgə təşkilatçılığı ilə korrupsiya hüquqpozmaları ilə bağlı maarifləndirici görüş keçirilib. Görüşdə Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin müdiri Təhminə Şəbəndəyeva, Rayon Prokurorunun böyük köməkçisi Niyaməddin Bağırlı, Elm və Təhsil Nazirliyi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Göygöl rayon üzrə Təhsil sektorunun müdiri Elnur Qasımov, rayon ümumtəhsil məktəblərinin direktorları və direktor müavinləri, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

Görüşün keçirilməsində məqsəd korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, şəffaflığın artırılması, müvafiq normativ-hüquqi sənədlərin tələblərinin diqqətə çatdırılması olub. Görüş müddətində korrupsiya hüquqpozmaları ilə bağlı məlumat verilib, həmçinin iştirakçılar mövzu ilə bağlı təlimatlandırılıblar.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin