logo
ADY sədri Dünya Bankının Azərbaycan üzrə yeni təyin olunmuş meneceri ilə görüşüb

ADY sədri Dünya Bankının Azərbaycan üzrə yeni təyin olunmuş meneceri ilə görüşüb

ADY sədri Dünya Bankının Azərbaycan üzrə yeni təyin olunmuş meneceri ilə görüşüb ADY sədri Dünya Bankının Azərbaycan üzrə yeni təyin olunmuş meneceri ilə görüşüb

“Azərbaycan Dəmir Yolları’’ QSC-nin sədri Rövşən Rüstəmov Dünya Bankının Azərbaycan üzrə yeni təyin olunmuş ölkə meneceri Ştefani Ştalmeysterlə görüş keçirib.

Qarşı tərəfə ölkəmizin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri, mövcud infrastruktur və son dövrdə rəqəmsallaşma sahəsində görülən işlər barəsində ətraflı məlumat verilib.

Görüşdə əməkdaşlığın genişləndirilməsi imkanları, həmçinin bankın maliyyə dəstəyi ilə dəmir yolları infrastrukturunun müasirləşdirilməsi istiqamətində prioritet layihələr barəsində geniş müzakirələr aparılıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media