https://innews.media/uploads/news/2023-09/_innews_75efb4467af7dc15747d0b3df_o.jpg
Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoldaşlıq oyunu keçirib.
Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan U-17 rəqibi üzərində 2:1 hesablı qələbə qazanıb.
Millimizin qollarını 81-ci dəqiqədə Ümid Səlimov və 89-cu dəqiqədə Emin Feyzullayev vurub.
Bu komandalar arasında növbəti oyun sentyabrın 12-də keçiriləcək.
Ən son xəbərləri səhifəmizdən də izləyin