logo
Azərbaycanlı futbol funksionerinə nüfuzlu beynəlxalq qurumda yüksək vəzifə verildi!

Azərbaycanlı futbol funksionerinə nüfuzlu beynəlxalq qurumda yüksək vəzifə verildi!

Azərbaycanlı futbol funksionerinə nüfuzlu beynəlxalq qurumda yüksək vəzifə verildi! Azərbaycanlı futbol funksionerinə nüfuzlu beynəlxalq qurumda yüksək vəzifə verildi!

Berlində Avropa Klublar Birliyi ECA-nın (European Club Association) Baş Assambleyası keçirilir. Az öncə 2023-2027-ci illər üçün qurumun İcraiyyə Komitəsinə üzvlərin seçimi baş tutub.
Namizədlər arasında olan "Qarabağ" FK-nın baş meneceri Asif Əsgərov səs çoxluğu ilə növbəti 4 ildə nüfuzlu qurumun İcraiyyə Komitəsinə üzv seçilib. Əsgərov bunacan 2017-ci ildən ECA işçi qrupunun üzvü, 2019-cu ildən isə katibi olub.

O, beynəlxalq futbol qurumlarının rəhbərliyində və qərarverici orqanında təmsil olunan ilk azərbaycanlı kimi tarixə düşüb.

2008-ci ildə yaradılmış ECA UEFA tərəfindən tanınan yeganə klub təşkilatıdı.

Qurum qitədə klubların maraqlarını müdafiə edir, millilərin oyun təqvimindən avrokuboklaracan bir çox önəmli məsələlərdə UEFA ECA-nın tövsiyyələrini nəzərə almaqla fəaliyyətini qurur.

ECA-nın hazırki rəhbəri PSJ prezidenti Nasser Al Xelaifidi.

İcraiyyə Komitəsinə üzv seçilənlər arasında Ruy Koşta, Ali Koç və digər tanınmış simalar var.

Berlindəki Baş Assambleyada ölkəmizi 1 əsas və 3 assosiativ üzv təmsil edir. Bunlar Asif Əsgərovdan başqa "Neftçi", "Qəbələ" və "Sumqayıt" klublarından Fərrux Mahmudov, Nail Kərimov və Riad Rəfiyevdir.

footer
Top