logo
SOCAR-ın prezidenti İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının baş icraçı direktoru ilə görüşüb

SOCAR-ın prezidenti İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının baş icraçı direktoru ilə görüşüb

SOCAR-ın prezidenti İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının baş icraçı direktoru ilə görüşüb SOCAR-ın prezidenti İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının baş icraçı direktoru ilə görüşüb

6 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf İslam İnkişaf Bankı (İİB) Qrupuna daxil olan İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının (ICIEC) baş icraçı direktoru Ussama Kayssi ilə görüşüb.

Görüşdə Azərbaycan Respublikası ilə İİB arasında uzunmüddətli qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi diqqətə çatdırılıb. Bu xüsusda ötən il ölkəmiz tərəfindən “İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının Təsis Müqaviləsi”nin təsdiq edildiyi məmnunluqla qeyd edilib.

Görüş çərçivəsində SOCAR-ın ölkə daxilində və xaricdə həyata keçirdiyi investisiya layihələri, şirkətin uzunmüddətli korporativ strategiyası, bu istiqamətdə görülən işlər və gələcək hədəflər barədə məlumat verilib.

Tərəflər enerji, dekarbonizasiya və rəqəmsallaşma sahələrində potensial əməkdaşlıq imkanlarını nəzərdən keçirib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media