logo
Türkiyə xarici ölkələrdə ilk dəfə Azərbaycana müdafiə sənayesi müşaviri təyin edib

Türkiyə xarici ölkələrdə ilk dəfə Azərbaycana müdafiə sənayesi müşaviri təyin edib

Türkiyə xarici ölkələrdə ilk dəfə Azərbaycana müdafiə sənayesi müşaviri təyin edib Türkiyə xarici ölkələrdə ilk dəfə Azərbaycana müdafiə sənayesi müşaviri təyin edib

Türkiyə xarici ölkələrdə ilk müdafiə sənayesi müşaviri təyinatını Azərbaycana edib.

Bu vəzifə İlker Türközə tapşırılıb.

Türkiyə tarixində ilk dəfə olaraq Müdafiə Sənayesi Başqanlığının 9 ölkə üzrə müdafiə sənayesi müşaviri postu yaradılıb. Həmin ölkələr arasında isə ilk təyinat Azərbaycana edilib.

Qeyd edək ki, ötən gün Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçıya Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyevlə görüşündə müdafiə sənayesi müşaviri İlker Türköz müşayiət edib. Görüş zamanı müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə edilib və məsləhətləşmələr aparılıb.

Müşavir İlkər Türköz həmçinin “ASELSAN Bakı” şirkətinin baş direktoru Özgür Kürüm ilə də görüşüb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media