logo
"Qarabağ" çempionatdakı ev oyunlarını da burada keçirəcək

"Qarabağ" çempionatdakı ev oyunlarını da burada keçirəcək

"Qarabağ" çempionatdakı ev oyunlarını da burada keçirəcək "Qarabağ" çempionatdakı ev oyunlarını da burada keçirəcək

“Qarabağ” Futbol Klubu Peşəkar Futbol Liqasına rəsmi müraciət ünvanlayıb.

Klub “Azersun Arena”da aparılan əsaslı təmir-bərpa işləri ilə əlaqədar olaraq ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirməklə bağlı dəyişiklik edilməsini istəyib.

“Qarabağ”ın müraciətini, “Azersun Arena”da aparılan işləri, Tofiq Bəhramov adına Respublika stadionunun mövsümün əvvəlindən Misli Premyer Liqası üçün qəbul olunduğunu nəzərə alan Peşəkar Futbol Liqası 6-cı turun “Qarabağ” - “Sabah” (tarix və saat eyni saxlanılmaqla) oyunundan etibarən “Qarabağ”ın ev oyunlarını növbəti rəsmi bildirişə qədər Respublika stadionunda keçirməsinə qərar verib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media