logo
Super Liqa təmsilçiləri baş məşqçisiz qaldılar

Super Liqa təmsilçiləri baş məşqçisiz qaldılar

Super Liqa təmsilçiləri baş məşqçisiz qaldılar Super Liqa təmsilçiləri baş məşqçisiz qaldılar

Türkiyənin “Başakşəhər” və “Qaziantep” komandaları baş məşqçisiz qalıblar.

Sözügedən kollektivlərə rəhbərlik edən Emre Belözoğlu ilə Erdal Güneş istefaya göndəriliblər.

Hər iki mütəxəssisin istefasına Super Liqa təmsilçilərinin yeni mövsümə uğursuz başlamaları səbəb olub. Belə ki, “Qaziantep” bu mövsüm Super Liqada 4 oyun keçirib və onların hamısından məğlub ayrılıb. “Başakşəhər” isə bu mövsüm 3 oyun keçirib və hamısında uduzub. Sözügedən kollektivlər sonuncu pillələrdə (19-20) qərarlaşıblar.

Xatırladaq ki, Emre 2021-ci ilin oktyabrından “Başakşəhər”ə rəhbərlik edirdi. Erdal Güneş isə “Qaziantep”ə elə bu mövsümün əvvəlində baş məşqçi təyin olunmuşdu.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media