logo
DAAD təqaüdü qazanmaq istəyən BDU tələbələrinin nəzərinə!

DAAD təqaüdü qazanmaq istəyən BDU tələbələrinin nəzərinə!

DAAD təqaüdü qazanmaq istəyən BDU tələbələrinin nəzərinə! DAAD təqaüdü qazanmaq istəyən BDU tələbələrinin nəzərinə!

Alman Akademik Mübadilə Xidməti (DAAD) “Go East Summer Schools 2024” proqramı çərçivəsində Şərqi-Mərkəzi, Cənub-Şərqi, Şərqi Avropa və MDB dövlətlərindən olan almandilli tələbələrə Almaniyada yay məktəblərində iştirak etmək üçün təqaüdlər verir.

Tələbələr ərizələrini noyabrın 10-dək DAAD-a təqdim edə bilərlər.

Tələbələrdən aşağıda qeyd olunanlara diqqət etmələri xahiş olunur:

- sözügedən proqrama ard-arda bir neçə il müraciət edilə bilər;

- səyahət, viza, yaşayış yeri proqram tərəfindən qarşılanmır;

- iştirak xərclərinin ödənilməsi üçün maksimum məbləğ 650 avro olmalıdır;

- ərizədə göstərilən bu iştirak haqqı mədəni proqramların və ekskursiyaların xərclərini əhatə etməlidir (yemək bura daxil deyil);

- DAAD qismən təqaüdlər təklif edir.

Müraciət və əlavə məlumat üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz:

https://www.daad.de/en/study-research-teach-abroad/internships/goeast/summer-winter-schools/tender-for-go-east-winter-and-summer-schools-2020/

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media