logo
Mədəniyyət Dalğası” layihəsi başlanır

Mədəniyyət Dalğası” layihəsi başlanır

Mədəniyyət Dalğası” layihəsi başlanır Mədəniyyət Dalğası” layihəsi başlanır

Sentyabrın 1-də Mədəniyyət Nazirliyinin  və “CBC FM” radiosunun birgə təşkilatçılığı ilə yeni mövsümdə “Mədəniyyət Dalğası” verilişi ictimaiyyətə təqdim ediləcək.

Layihə Azərbaycanın zəngin mədəniyyətini təbliğ etmək, mədəniyyət və incəsənət xadimlərini, görkəmli simaları çağdaş nəslə daha yaxından tanıtmaq, mədəni həyatımızda baş verən yenilikləri  efirdən səsləndirmək və dinləyiciləri  maarifləndirmək məqsədini daşıyır.

Radio verilişi hər həftənin cümə günü saat 11:00-da “CBC FM”-də yayımlanacaq. Verilişdə həftənin ən son mədəniyyət xəbərləri təqdim ediləcək, həmçinin qonaqlarla mədəniyyət sahəsində baş verən yeniliklər müzakirə olunacaq.

Qeyd edək ki, “Mədəniyyət Dalğası” verilişi eyni zamanda “CBC FM”-in rəsmi sosial media hesabında (facebook: CBC FM Azerbaijan) canlı izləyə bilərsiniz.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media