logo
"Biz Birlikdə Güclüyük!" yay düşərgəsi iştirakçıların böyük marağı ilə davam edir

"Biz Birlikdə Güclüyük!" yay düşərgəsi iştirakçıların böyük marağı ilə davam edir

"Biz Birlikdə Güclüyük!" yay düşərgəsi iştirakçıların böyük marağı ilə davam edir "Biz Birlikdə Güclüyük!" yay düşərgəsi iştirakçıların böyük marağı ilə davam edir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycanın əksər rayonlarını təmsil edən 100 qızın iştirakı ilə keçirilən yay düşərgəsinin növbəti dörd günü də uğurla başa çatdı.

Düşərgənin beşinci və altıncı günlərində Ümidli Gələcək Sosial Təşəbbüslər İB-nin səhiyyə sahəsi üzrə təlimçi-eksperti Pərvin Quliyeva polisə dəstək, yol qaydalarına diqqət, Human development center - mentor təlimçi Cavidan Səfərli Özgüvən mövzularında təlimlər keçirilib.

Sonrakı günlərdə Səhiyyə Nazirliyi İctimai səhiyyə və islahatlar mərkəzi, həkim, AHA (American Heart Association) təlimçisi Könül İsmayılova fövqəladə vəziyyətlərdə ilkin yardım, Dövlət Məşğulluq Agentliyinin karyera məsləhətçisi, təlimçi və mentor Sura Əzizli isə zamanın idarə olunmasından danışıb.

Uşaqlarla görüşən Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, tanınmış modelyer-dizayner, teatr və kino rəssamı Gülnarə Xəlilova iştirakçı qızlara səhnə mədəniyyəti və davranış qaydalarından danışıb, həmçinin öz təcrübələrini bölüşüb.

Qızların müasir Bakının simvollarından olan Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilib. Düşərgə iştirakçıları kompleksin tarixi və memarlıq xüsusiyyətləri, sərgi zalları ilə tanış olublar.

Asudə vaxtlarında qızlar kitab oxuyub, stolüstü və aktiv oyunlar oynayıblar. Onlar üçün teatr saatları təşkil olunub, eləcə də açıq havada film izləyib, musiqi dinləyiblər.

Qeyd edək ki, düşərgə avqustun 31-inədək davam edəcək.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media