https://innews.media/uploads/news/2023-08/_innews_d1de2b9c9d3f1cb89a6fb4fd7_o.jpg
Ailə insan cəmiyyətinin daha möhkəm, sarsılmaz, ilkin özəyi olaraq, həm də ənənəvi milli dəyərləri özündə cəmləşdirir. Özünə möhkəm, sağlam ailə quran hər bir şəxs, şübhəsiz, ölkənin, cəmiyyətin möhkəmləndirilməsinə xidmət edir. Söhbət elə ailədən gedir ki, burada ər və arvad bir-birlərini sevir və hörmət edir, bir-birlərinə qayğı göstərir, sevinc və kədərlərini birgə bölür, övladlarını düzgün tərbiyə edir, ailə və cəmiyyət qarşısında öz borclarını dərk edirlər.
Ölkəmizdə nikah vә ailә münasibәtlәrinin hüquqi baxımdan tәnzimlәnmәsi dövlәt tәrәfindәn hәyata keçirilir vә yalnız müvafiq icra hakimiyyәti orqanında bağlanmış nikah tanınır.
Konstitusiyamızda (maddə 17) qeyd edilir ki, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Vətəndaşların digər hüquq və vəzifələri ilə yanaşı, onların nikah hüququ da Konstitusiyada öz əksini tapmışdır.
Ümumdünya İnsan Hüquqları Bәyannamәsinin 16-cı maddәsindә deyilir: “Yetkinlik yaşına çatmış kişilәr vә qadınlar, heç bir irqi, milli vә ya dini mәhdudiyyәt olmadan bir-biri ilә evlәnmәk vә ailә qurmaq hüququna malikdir. Lakin nikah yalnız hәr iki tәrәfin azad vә tam razılığı әsasında baş verә bilәr. Əgәr nikaha daxil olmaq istәyәn bir tәrәf yetkinlik yaşında deyilsә vә gәlәcәk hәyat yoldaşı haqqında mәlumatlı qәrar qәbul etmәk iqtidarında deyilsә, bu cür razılıq “tam vә azad” ola bilmәz.
Azәrbaycan Respublikasının ailә qanunvericiliyi Konstitusiyadan, Ailә Mәcәllәsindәn, bu Mәcәllәyә uyğun olaraq qәbul edilmiş digәr müvafiq qanunvericilik aktlarından vә Azәrbaycan Respublikasının tәrәfdar çıxdığı beynәlxalq müqavilәlәrdәn ibarәtdir. Ailә Mәcәllәsi nikahın bağlanması, nikaha xitam verilmәsi vә onun etibarsız sayılması qaydaları vә şәrtlәrini müәyyәn edir, ailә üzvlәri (әr-arvad, valideynlәr vә uşaqlar), elәcә dә ailә qanunvericiliyindә nәzәrdә tutulmuş hallarda vә hәddә başqa qohumlar vә digәr şәxslәr arasında yaranan әmlak vә şәxsi qeyri-әmlak münasibәtlәrini tәnzimlәyir, habelә valideyn himayәsindәn mәhrum olan uşaqların tәrbiyәyә götürülmәsi qaydalarını müәyyәn edir.
Nikah kişi ilә qadının ailә qurmaq mәqsәdilә müvafiq icra hakimiyyәti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Nikaha daxil olmaq istәyәn şәxslәrin, Ailә Mәcәllәsinin 13.3-cü maddәsinә uyğun olaraq, tibbi müayinәdәn keçdiklәrini tәsdiq edәn arayış әlavә edilmәklә, bu barәdә әrizә verdiklәri gündәn 1 ay sonra onların iştirakı ilә bağlanır. Üzürlü sәbәblәr olduqda, nikahın bağlanma müddәti müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn azaldıla vә ya 1 aydan çox olmayan müddәtә uzadıla bilәr. Xüsusi hallarda (hamilәlik, uşağın doğulması, hәr ikisinin yaşının 50-dәn yuxarı olması vә digәr hallarda) nikah әrizә verilәn gün bağlana bilәr.
Ölkəmizdə nikah yaşı 18 yaş müәyyәn olunur. Üzürlü sәbәblәr olduqda, nikaha daxil olmaq istәyәn vә nikah yaşına çatmamış şәxslәrin yaşadıqları әrazinin müvafiq icra hakimiyyәti orqanı onların xahişi ilә nikah yaşının 1 ildәn çox olmayaraq azaldılmasına icazә verә bilәr.
Ailә Mәcәllәsinin 12-ci maddәsindә göstәrilәn hallarda nikah bağlana bilmәz: yaxın qohumlar (valideynlәr vә uşaqlar, baba-nәnә vә nәvәlәr, doğma vә ögey (ümumi ata vә anası olan) qardaş vә bacılar); övladlığa götürәnlәr vә övladlığa götürülәnlәr; ikisindәn biri vә ya hәr ikisi başqası ilә nikahda olan şәxslәr; tibbi müayinәdәn keçdiklәrini tәsdiq edәn arayışı tәqdim etmәkdәn imtina edәn şәxslәr; ikisindәn biri vә ya hәr ikisi ruhi xәstәlik vә ya әqli gerilik nәticәsindә mәhkәmә tәrәfindәn fәaliyyәt qabiliyyәti olmayan hesab edilәn şәxslәr.
Nikaha daxil olmaq istәyәn şәxslәrin tibbi müayinәsi, habelә hәmin şәxslәrә tibbi-genetik, tibbi-psixoloji vә ailәnin planlaşdırılması mәsәlәlәri üzrә mәslәhәt verilmәsi onların müraciәti ilә yaşayış yeri üzrә dövlәt vә (vә ya) bәlәdiyyә tibb müәssisәlәrindә müvafiq olaraq dövlәt vә ya yerli büdcәnin vәsaitlәri hesabına (“Tibbi sığorta haqqında” Azәrbaycan Respublikasının Qanununa uyğun olaraq xidmәtlәr zәrfindә nәzәrdә tutulduğu halda isә icbari tibbi sığorta vәsaitlәri hesabına) hәyata keçirilir. Tibbi müayinәnin nәticәlәri hәkim sirridir.
Nikaha daxil olmağı arzu edәnlәr nikaha daxil olanlardan vә ya onların valideynlәrindәn birinin seçdiyi hәr hansı bir Qeydiyyat şöbәsi, konsulluq idarәsi vә icra hakimiyyәtinin nümayәndәliyinә tibbi müayinədən keçdiklərini təsdiq edən arayış əlavə edilməklə şәxsәn yazılı әrizә verirlәr. Ərizәdә nikaha daxil olmaq üçün qanunvericilikdә nәzәrdә tutulmuş maneәlәrin olmadığı tәsdiq edilmәli, habelә hәrәnin neçәnci nikaha daxil olduğu vә neçә uşağı olduğu göstәrilmәli, әrizә blankında göstәrilmiş digәr suallara cavab verilmәlidir.
Nikahın qeydә alınması müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn nikaha daxil olan şәxslәrin iştirakı ilә aparılır. Nikahın bağlanması haqqında qeyd aparıldıqda nikah haqqında şәhadәtnamә verilir.
Azәrbaycan әrazisindә әcnәbi şәxs üçün nikahın bağlanma şәrtlәri onun ölkәsinin qanunvericiliyi ilә yanaşı, milli qanunvericiliyimizdәki tәlәblәrә әmәl olunmaqla müәyyәn edilir. Azәrbaycan Respublikasının tәrәfdar çıxdığı beynәlxalq müqavilәlәrdә başqa qayda nәzәrdә tutulmadıqda, evlәnmәk arzusunda olan әcnәbilәrin vә ya vәtәndaşlığı olmayan şәxslәrin vәziyyәtini tәsdiq edәn sәnәdlәrindә onların ailә vәziyyәti barәdә qeydin olmamasına әsaslanaraq, onlardan vәtәndaşı olduqları vә ya daimi yaşadıqları ölkәnin sәlahiyyәtli orqanları tәrәfindәn verilmiş ailә vәziyyәti haqqında arayış tәlәb edilir. Arayış müәyyәn olunmuş qaydada leqallaşdırılmalıdır. Qeyd olunan arayış verildiyi gündәn 6 ay müddәtindә etibarlıdır.
Bundan əlavə, müәyyәn müddәtә vә ya ömürlük azadlıqdan mәhrumetmә növündә cәzaların icrası zamanı mәhkumlarla, barәlәrindә hәbs qәtimkan tәdbiri seçilmiş vә istintaq tәcridxanalarında saxlanılan şәxslәrlә nikahın qeydә alınması aşağıdakı xüsusiyyәtlәr nәzәrә alınmaqla, ümumi qaydada hәyata keçirilir: mәhkumlarla vә istintaq tәcridxanalarında saxlanılan şәxslәrlә nikah cәzaçәkmә müәssisәsinin vә ya istintaq tәcridxanalarının olduğu yer üzrә Qeydiyyat şöbәsi tәrәfindәn qeydә alınır.
Nikaha daxil olmağı arzu edәn şәxslәrdәn biri ağır xәstәliyi ilә әlaqәdar nikahın qeydә alınması üçün Qeydiyyat şöbәsi, konsulluq idarәsi vә icra hakimiyyәti nümayәndәliyinin yerlәşdiyi binaya (otağa) gәlә bilmәdikdә nikahın qeydiyyatı nikaha daxil olanların hәr ikisinin iştirakı ilә, bu Qaydaların şәrtlәrinә әmәl olunmaqla evdә, tibb müәssisәlәrindә aparıla bilәr.
Eyni zamanda, nikaha daxil olmağı arzu edәn şәxslәrin müraciәtinә әsasәn nikah toy mәrasimindә qeydә alına bilәr.
Nikahın dövlәt qeydiyyatına alınmasına görә bu mәqsәdlә müraciәt etmiş şәxslәr "Dövlәt rüsumu haqqında" Qanununda nәzәrdә tutulmuş qaydada vә miqdarda dövlәt rüsumu ödәyirlәr.
Ölkə Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ədliyyənin bütün sahələrində elektron xidmətlərin, müasir texnologiyaların və innovasiyaların tətbiqinə xüsusi diqqət yetirilir. Son illər istifadəyə verilmiş və vətəndaş məmnunluğu doğuran “Mobil notariat”, “Mobil məhkəmə”, “Mobil əhali” tətbiqləri ədliyyə və məhkəmə fəaliyyətinə əlçatanlığı təmin edir, onların vasitəsilə aidiyyəti əməliyyatlar məsafədən daha asan, rahat və çevik həyata keçirilir. Bu gün Ədliyyə Nazirliyinin bütün sahələrində o cümlədən vətəndaşlıq vəziyyəti aktları ilə bağlı vətəndaşlara daha keyfiyyətli xidmət göstərmək məqsədi ilə bir çox elekton müraciətlər üçün şərait yaradılmışdır. Ədliyyə Nazirliyinin rəsmi internet saytında (www.justice.gov.az) elektron xidmət bölməsi yaradılmış və burada vətəndaşlıq vəziyyəti aktları ilə bağlı elektron xidmətlər sadalanmışdır. Belə ki, vətəndaşlar çətinlik çəkmədən, çox asan şəkildə "vətəndaşlıq vəziyyəti aktları" bölməsinə daxil olaraq , doğumun, nikahın qeydə alınması, həmçinin, digər vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı barədə elektron müraciət edə bilərlər.
Nikaha daxil olan şәxslәr arasında bağlanan, nikah dövründә vә (vә ya) nikah pozulduqda әr-arvadın әmlak hüquqlarını vә vәzifәlәrini müәyyәn edәn saziş - nikah müqavilәsi әr-arvadın mövcud olan vә gәlәcәkdә әldә edәcәklәri әmlaka dair bağlana bilәr. Ər-arvad nikah müqavilәsindә bir-birinin qarşılıqlı saxlanması, birbirinin gәlirlәrindә iştirak üsulları, hәr birinin ailә xәrclәrindә iştirakı qaydası ilә bağlı hüquq vә vәzifәlәrini, nikah pozulduqda hәr birinә düşәcәk әmlakı vә әr-arvadın әmlak münasibәtlәrinә dair hәr hansı başqa müddәanı müәyyәnlәşdirmәk hüququna malikdirlәr. Hәmçinin Nikah müqavilәsinә mediasiyaya dair şәrtlәr daxil edilә bilәr.
Nikah müqavilәsi nikahın bağlanmasının dövlәt qeydiyyatına qәdәr, elәcә dә nikah dövründә istәnilәn vaxtda bağlana bilәr. Nikah müqavilәsinin icrasından birtәrәfli qaydada imtina etmәyә yol verilmir.
Tәәssüf ki, ailә vә nikah qanunvericiliyinә zidd olan, bu gün bütün dünyada olduğu kimi, ölkәmizdә dә doğurduğu fәsadlara vә cәmiyyәtә vurduğu ziyana görә ekәn nikah mәsәlәsi dövrümüzün mühüm vә aktual problemlәrindәn biri olaraq qalır. Belә ki, erkәn yaşda qızların ailә hәyatı qurmağa mәcbur edilmәsi, onların tәhsilinә, bir fәrd kimi inkişafına mane olur, psixologiyasına mәnfi tәsir göstәrir. Erkәn nikah gәlәcәk nәsillәrin sağlamlığı vә hәyatını tәhlükә altına atmaqla yanaşı, hәmçinin risklәr dә yaradır. Belә hallar boşanmalara, sağlamlıq imkanları mәhdud uşaqların dünyaya gәlmәsinә vә nәticәdә sosial cәhәtdәn hәssas qrupların sayının artmasına sәbәb olur.
Erkәn yaşda әrә verilәn qızlar 18 yaşdan aşağı olduğu üçün heç bir hüquqi zәmanәt olmadan ailә qururlar. Belә ki, boşanmalar baş verdikdә rәsmi nikah olmadığından heç bir mülkiyyәt hüquqi әldә edә bilmirlәr.
Erkәn nikahlar әsasәn aşağıdakı hallarda baş verir:
• erkәn nikah probleminin özündә tarixi әnәnәlәrin yükünü daşıması, yәni tarixi әnәnә vә mentalitetdәn irәli gәlәn sәbәblәr: "qarımış qız", "qız yükü duz yükü", "tez evlәnәnlә tez yuxudan duran qazanar" kimi yanlış stereotiplərin hələ də qalması;
• valideynlərin qızlarını cinsi təcavüz və zorakılıqdan qoruması düşüncəsi. Bəzi valideynlərin erkən nikahların qızlarını cinsi istismardan qoruya biləcəyinə dair fikirlərindən fərqli olaraq, BMT araşdırmaları bunu təkzib edir. 18 yaşına çatmadan ailə quran qızlar daha yetkin yaşda nikaha girənlərə nisbətən daha çox şiddət qurbanı olurlar. Bu, xüsusilə qız və onun həyat yoldaşı arasındakı yaş fərqində ortaya çıxan vəziyyətdir.
• ailənin maddi vəziyyəti, ümidsizlik atmosferi yaradan maddi durum, evliliyin övladına xoşbəxt həyat gətirəcəyi fikri. Bu praktika kəndlərdə və aztəminatlı ailələrdə geniş yayılmışdır. Bir çox hallarda bu nikahlar valideynlər tərəfindən təşkil edilir, burada qızların perspektivləri və seçimləri məhdud olur.
• kənd qızlarının işlə təmin olunmalarındakı çətinliklər və çarəsizlik;
• kəndlərdə kişilərin əmək miqrasiyasının qadınlar arasında müəyyən ab-havanın yaranmasına, ailə qura bilməmək qorxusuna səbəb olması;
• qaçırılma halları və s.
Erkən nikahların fəsadları:
• fiziki və psixoloji baxımdan hazır olmadan çox erkən hamiləlik baş verir, doğuş və ölüm riski yaranır, ana və uşaq ölümlərinin sayı artır; yeniyetmələrdə reproduktiv sağlamlıqla bağlı problemlər yaşanır. Tədqiqatçılar hesab edirlər ki, əgər erkən nikahların sayı 10 faizə qədər azalarsa, bu, bütövlükdə 70 faizə qədər ana və uşaq ölümünün azalmasına gətirib çıxarar.
• təhsilin effektiv şəkildə başa çatdırılmasına mane olur, erkən nikahda olan qızlar cəmiyyətdən təcrid olunur; Əksər hallarda yeniyetmə ana məktəbdən uzaqlaşır və cəmiyyət üçün yalnız evdar qadın kimi fayda vermiş olur.
• peşə və həyat bacarıqlarının əldə edilməsi üçün hər hansı bir imkandan məhrum edilir;
• intihar hadisələrinin sayı artır; Erkən nikahın qurbanı olan gənc ana bir müddətdən sonra öz həyatından şikayətlənməyə başlayır, ailənin "yükü"nü zərif çiyinlərində daşımağa gücü çatmır və sonda çıxış yolunu intihar etməkdə tapır.
• boşanma hallarının sayı artır;
• erkən nikahda olan qızlar daha çox fiziki və cinsi zorakılığa məruz qalır, və s.
Bu sahədə maariflәndirmә işlәri aparılaraq, cәmiyyәtin bütün üzvlәrinә aşılanmalıdır ki, gәlәcәk nәsillәrin sağlamlıq vәziyyәti - gәlәcәk anaların sağlamlığından birbaşa asılıdır. Bunun üçün tarixi әnәnәlәrin bizә miras qalmış ağır "yükündәn", bәzi mental stereotiplәrdәn azad olmalıyıq. Sağlam tәmәllәr üzәrindә qurulmuş ailәnin әsas şәrtlәri, ilk öncә ailәni quran şәxslәrin şәxsiyyәti, onların dünyagörüşü, intellektual sәviyyәsi, sağlamlığı, fiziki vә psixoloji inkişaf sәviyyәsi vә s bu kimi bioloji, sosial vә psixoloji faktorlardan asılır.
Demokratik inkişaf modelini seçmiş, hüquqi demoktatik dövlәt quruculuğunu özünün prioritet istiqamәti hesab edәn Azәrbaycan Respublikasında Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan hərtərəfli mütərəqqi islahatlar hər bir ailənin rifahının yaxşılaşmasına, cəmiyyətimizin həssas qrupu olan qadınların hüquq bərabərliyinin, uşaqların sağlam mühitdə inkişafına müsbət təsir göstərir. Bu istiqamətdə respublikamızın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən mühüm tədbirlər də ictimaiyyətdə böyük rəğbətlə qarşılanır.
Görülən tədbirlər çərçivəsində gənclər arasında ailənin və nikahın əhəmiyyətinə, onun qorunması və möhkəmləndirilməsinə xüsusi önəm verilir. Nazirlәr Kabinetinin 23 iyun 2020-ci il tarixli Qәrarı ilә təsdiq edilmiş “Gәnclәr arasında ailәnin vә nikahın әhәmiyyәti, onun qorunması vә möhkәmlәndirilmәsi mәqsәdi ilә erkәn nikahın vә qohumlar arasında nikahın mәnfi nәticәlәrinә dair maariflәndirmә Qaydası”nda gәnclәr arasında erkәn nikahın vә qohumlar arasında nikahın mәnfi nәticәlәrinә dair maariflәndirmәnin aparılma prinsiplәri, vasitәlәri, istiqamәtlәri, maariflәndirmәni hәyata keçirәn dövlәt qurumlarının dairәsi vә onların funksiyaları müәyyәn edilib.
Həmin Qaydaya əsasən Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri həm əhali arasında, həm də mediada aidiyyəti qurumlarla birgə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair mütəmadi maarifləndirici tədbirlər həyata keçirir, həmçinin nikaha daxil olmaq üçün müraciət etmiş erkən nikah yaşında olan (18 yaşadək) gəncləri, erkən nikahın və qohumlar arasında nikahın həyat və sağlamlığına, həyat keyfiyyətinə, mənəvi-psixoloji inkişafına mümkün ola biləcək mənfi təsiri barədə məlumatlandırırlar.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin 100 illiyi ilə əlamətdar olan 2023-cü ildə nazirliyin qeydiyyat şöbələri Heydər Əliyev mərkəzlərində yeni ailə həyatı quran gənclərin nikahlarının və yeni dünyaya gəlmiş uşaqların doğumlarının təntənəli qeydiyyatı mərasimlərini keçirir, onlara yubiley münasibəti ilə nazirlik tərəfindən nəfis şəkildə hazırlanmış nikah və doğumla bağlı maarifləndirici bukletlərlə birgə, müvafiq şəhadətnamələr təqdim olunur.
Lətafət Hacıyeva,
Bakı şəhəri Sabunçu rayon
Qeydiyyat şöbəsinin rəisi
ədliyyə müşaviri
Ən son xəbərləri səhifəmizdən də izləyin