https://innews.media/uploads/news/2023-08/_innews_7be9f2790bf194cf9d23e5398_o.jpg
SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.
SOCAR “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Masallı rayonunda görüşü təşkil olunacaq. Aksiya Heydər Əliyev Mərkəzinin qarşısında baş tutacaq.
“Səyyar qəbul otağı” avqustun 29-da saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.
Ən son xəbərləri səhifəmizdən də izləyin