logo
ANAMA sıralarına qoşulan yeni müdavimlər üçün təlimlər davam edir - VİDEO

ANAMA sıralarına qoşulan yeni müdavimlər üçün təlimlər davam edir - VİDEO

ANAMA sıralarına qoşulan yeni müdavimlər üçün təlimlər davam edir - VİDEO ANAMA sıralarına qoşulan yeni müdavimlər üçün təlimlər davam edir - VİDEO

Göygöl rayonunda ANAMA-nın təlim şöbəsi tərəfindən yeni müdavimlər üçün “Humanitar Minatəmizləmə”, “Döyüş sahəsinin təmizlənməsi” və “İlk tibbi yardım” təlimləri həyata keçirilib.

Beş həftə müddətində həm nəzəri, həm də praktiki şəkildə keçirilən təlimlərin məqsədi, yeni müdavimlərə mina və partlamamış hərbi sursatları tanımaq, aşkar etmək və işarələmək, eləcə də ilk tibbi yardım üçün lazım olan əsas bilik, bacarıq və davranış qaydalarının öyrədilməsindən ibarətdir.

Təlimləri müvəffəqiyyətlə keçən müdavimlər işğaldan azad edilmiş ərazilərə təhlükəsiz qayıdışın təmin edilməsi istiqamətində icra olunan humanitar minatəmizləmə əməliyyatlarına cəlb ediləcəklər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media