https://innews.media/uploads/news/2023-08/_innews_1c00c50f1c59898612284f9c0_o.jpg
21 avqust 2023-cü il tarixində Qazaxıstanın və Azərbaycanın aparıcı telekommunikasiya şirkətləri Kazakhtelecom və AzerTelecom Qazaxıstan-Azərbaycan marşrutu üzrə çəkiləcək fiber-optik rabitə xəttinin (FORX) tikintisi və istismarına cavabdeh olan birgə müəssisənin qeydiyyata alınmasına dair sənəd imzaladılar. Xəzər dənizinin dibi ilə xəttinin çəkilməsinə yaxın zamanlarda start veriləcək.
Qazaxıstanın Azərbaycandakı Səfiri Alim Bayel bildirib ki, layihənin həyata keçirilməsinin sürətləndirilməsi ilə bağlı tapşırıq Qazaxıstanın və Azərbaycanın dövlət başçıları tərəfindən bu ilin aprel ayında verilib, iyun ayında isə QR-nın Baş Naziri Alixan Smailovun Azərbaycana rəsmi səfəri çərçivəsində FORX-un çəkilməsi ilə əlaqədar birgə müəssisənin yaradılması haqqında Saziş imzalanıb.
Kabel xəttinin uzunluğu təqribən 380 km, ötürmə gücü isə saniyədə 400 terabitə çatacaq. Transxəzər kabel xətti Asiya ilə Avropa arasında multiterabayt həcmində məlumatların ötürülməsini təmin edəcək, ölkələrimizin informasiya təhlükəsizliyini möhkəmləndirəcək, regionun iqtisadi inkişafına təkan verəcək. FORX-un çəkilməsi Avropa ilə Asiya arasında yeni rəqəmsal telekommunikasiya dəhlizinin yaradılması ilə bağlı Rəqəmsal İpək Yolu (Digital Silk Way) nəhəng layihənin tərkib hissəsidir.
Layihənin icra edilməsinin yekununda Qazaxıstan və Azərbaycan üzərində beynəlxalq trafikin keçəcəyi bir növ rəqəmsal xaba çevriləcəyi gözlənilir.