logo
Şahdağ Milli Parkında “Təbiəti dinlə” adlı yoqa təlimi keçirilib

Şahdağ Milli Parkında “Təbiəti dinlə” adlı yoqa təlimi keçirilib

Şahdağ Milli Parkında “Təbiəti dinlə” adlı yoqa təlimi keçirilib Şahdağ Milli Parkında “Təbiəti dinlə” adlı yoqa təlimi keçirilib

19 avqust tarixində Şahdağ Milli Parkının Quba bölməsində, Xanəgah şəlaləsinə yaxın ərazidə “Təbiəti dinlə” adlı yoqa təlimi keçirilib.

Təcrübəli kundalini yoqa təlimçisi Günel Alisoy tərəfindən keçirilən təlimdə müxtəlif yaş təbəqələrini əhatə edən 50 nəfərdən artıq turistin iştirakı ilə yoqa sessiyası keçirilib, daha sonra onlara açıq havada yoqanın tarixi, fəlsəfəsini əks etdirən film nümayiş etdirilib. Filmi izlədikdən sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Tədbirin əsas məqsədi insanları təbiətlə vəhdət şəklində sağlam mühitdə dincəlməyə təşviq etmək, sağlam həyat tərzi və fəal istirahət mədəniyyətini təbliğ etməkdir.

Tədbirin yekununda turistlər Xanəgah marşurutu boyunca yürüş edib, onlara Şahdağ Milli Parkının zəngin fauna və flora növləri ilə bağlı məlumatlar verilib.

Milli parkların təbliği, insanların sağlam həyat tərzinə çağırışı istiqamətində belə tədbirlərin digər milli parklarda da keçirilməsi nəzərdə tutulub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media