logo
Coratda anasını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Coratda anasını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Coratda anasını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb Coratda anasını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Avqustun 21-də saat 03 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsində 1986-ci il təvəllüdlü Zülfüqarova Günay Əhməd qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi və 2012-ci il təvəllüdlü oğlunun xəsarət alması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən innews.media bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülüb.

Anasını kəsici alətlə qətlə, qardaşına xəsarət yetirməkdə şübhəli bilinən 2007-ci təvəllüdlü Zülfüqarlı Əlfüqar Mahir oğlu polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

footer
Top