logo
BMT-nin Təhlükəsizlik Şurasının növbədənkənar iclası ölkəmiz üçün növbəti  mütləq diplomatik zəfərdir

BMT-nin Təhlükəsizlik Şurasının növbədənkənar iclası ölkəmiz üçün növbəti mütləq diplomatik zəfərdir

BMT-nin Təhlükəsizlik Şurasının növbədənkənar iclası ölkəmiz üçün növbəti mütləq diplomatik zəfərdir BMT-nin Təhlükəsizlik Şurasının növbədənkənar iclası ölkəmiz üçün növbəti mütləq diplomatik zəfərdir

BMT-nin Təhlükəsizlik Şurasının növbədənkənar iclasında Azərbaycanın Laçın yolunda baş verən hadisələrlərlə bağlı müzakirə keçirilmişdir. Bütün Ermənistan və Fransanın təxribatlarına rəğmən Azərbaycan növbəti dəfə inanmlı diplomatik qələbə qazana bilmişdir. Məsələni konkretləşdirsək deyə bilərik ki, heç bir iştirakçı Azərbaycana qarşı ciddi nöqsanlar bildirmədi. Sadəcə, həmişə olduğu kimi formal çağırışlar oldu. Hətta Rusiya nümayəndəsinin məsələnin Azərbaycan hüquqları çərçivəsində həllinə dair fikirləri xüsusilə diqqət çəkdi. Çağırışların məqsədi - Ermənistan-Azərbaycan danışıqlarının davam etdirilməsi və Laçın-Xankəndi, eləcə də Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi yollarının humanitar məqsədlər üçün maneəsiz istifadəsi idi. Azərbaycan buna etiraz etmir və humanitar ehtiyacların təmin edilməsi üçün bütün zəruri addımları atmağa hazırdır. Heç bir iştirakçı ölkə "blokada" və "soyqırımı" ifadələrini işlətməyərək ermənilərin arzusunu növbəti dəfə ürəklərində qoydu. Heç bir dövlət Azərbaycanın Laçın yolundakı suveren hüquqlarını şübhə altına almadı və ala da bilməz. Heç bir ciddi qanun pozuntusundan, Qarabağda yaşayan erməni vətəndaşlara münasibətdə hüquq pozuntusundan söhbət belə açılmadı. Reallıq da ondan ibarətdir ki, Azərbaycan reinteqrasiya naminə divarlar, səddlər tikmir, əksinə yollar çəkir, maneələri aradan qaldırır. Heç bir qətnamə, qərar çıxarılmadı. Ümumiyyətlə, heç bir sənəd qəbul olunmadı. Tövsiyyə xarakterli fikirlər səsləndi. Heç bir səsvermə keçirilmədi. Bir sözlə desək, BMT-nin Təhlükəsizlik Şurasının növbədənkənar iclası ölkəmiz üçün növbəti mütləq diplomatik zəfərdir. BMT-nin Təhlükəsizlik Şurasının növbədənkənar iclasında aparılan müzakirələr yalnız ədalətin təcəssümü deyildi. Eyni zamanda da Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Azərbaycan diplomatiyasının doğru siyasətinin nəticəsi idi. Baxmayaraq ki, Azərbaycan 90-cı illərin əvvəllərində də haqlı idi və həmin elə bu BMT-nin Təhlükəsizlik Şurası heç vaxt icra etmədiyi, heç icra etmək üçün cəhd göstərmədiyi 4 Qətnamə qəbul etmişdir. Azərbaycan 30 ildir ki, haqlıdır, Azərbaycan 30 ildir ki, ədalətlidir. Bu zəfərin, bu növbəti diplomatik qələbənin də memarı Azərbaycanın Prezidentidir. Azərbaycan son illər əldə etdiyi zəfərləri ilmə-ilmə toxumuş və bugünkü nəticələri əldə etmişdir.

Bu qəbildən olan diplomatik qələbələrdə heç vaxt bir şəxs, bir amil əsas rol oynamır. Belə qələbələr dövlətin, xalqın və cəmiyyətin ortaq əməyinin nəticəsi kimi meydana çıxmaqdadır. Azərbaycanın istər Qoşulmama Hərəkatında fəaliyyəti, istər etibarlı enerji təminatçısı kimi dünyada mövqeyi və əlbəttə dəmir iradəsi nəticəsində belə bir zəfər reallaşdı.

Müəllif: Vaqif Mərzəyev

Göygöl rayon Telekommunikasıya qovşağının rəisi

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media