logo
Azərbaycan Prezidentinin uzaqgörən xarici siyasəti

Azərbaycan Prezidentinin uzaqgörən xarici siyasəti

Azərbaycan Prezidentinin uzaqgörən xarici siyasəti Azərbaycan Prezidentinin uzaqgörən xarici siyasəti

BMT-nin Təhlükəsizlik Şurasının 16 avqust 2020-ci il tarixdə keçirilən növbədənkənar iclasında Qarabağda yaşayan erməni əhalisinin sanki aclıqdan ölmələri ilə bağlı məsələnin müzakirə olunması erməni şousunun kulminasiya nöqtəsi idi. Bu məsələ artıq dünya birliyinin nəzərində bitmişdir. Əlbəttə, cəhdlər davam etdirilsə də bu məsələni heç kim ciddi qəbul etməyəcəkdir. Eyni zamanda da bu hadisə BMT-nin son zamanlar azalan nüfuzuna kəskin zərbədir. Dünyanın yüzlərlə real problemlərlə, həqiqi aclıq faktları ilə, müharibələrlə üzləşdiyi bir vaxtda olmayan bir məsələni müzakirəyə çıxaran BMT-nin Təhlükəsizlik Şurası ədalətin, hüququn deyil, hansısa ayrı-ayrı maraqların masasına çevrildiyini bir daha sübut etdi.

Bununla da ən yüksək pərdədən blokada oyununa reaksiya verildi. Dünyada formalaşmış ermənipərəst ünsürlər növbəti dəfə Azərbaycan Prezidenti cənab İlham Əliyevin və xalqının dəmir iradəsini əyə bilmədi. Çünki Azərbaycanın mövqeyi haqlı və ədalətli mövqedir. Azərbaycan bir daha nümayiş etdirdi ki, milli maraqların müdafiəsi istiqamətində bir addım da olsun geri atmayacaqdır. Qarabağ Azərbaycanın dünya birliyi tərəfindən birmənalı olaraq tanınmış suveren ərazisidir. Orada yaşayan erməni millətindən olan əhali Azərbaycan Respublikasının vətəndaşlarıdır və Azərbaycan öz vətəndaşları ilə olan münasibətlərini heç kimlə müzakirə etmək fikrində deyildir.

Prezident cənab İlham Əliyevin düşünülmüş xarici siyasəti, qonşu dövlətlərlə balanslı münasibətlər qurması, Qoşulmama Hərəkatına üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf etdirməsi, beynəlxalq təşkilatlarda doğru istiqamətlərdə fəaliyyət göstərilməsi konsepsiyasının hazırlaması və tətbiq etməsi, tərəfdaş ölkələrlə qarşılıqlı maraqları eyni müstəviyə gətirməsi, strateji düşüncəni ön planda tutması TŞ-də Ermənistanın son ümidlərinin puça çıxması ilə nəticələnib.

Müəllif: Qədir Kazımov

Göygöl RİHBA-nın Aparıcı məsləhətçisi

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media